OSMAN İBN ƏFFAN

Ancaq bütpərəstlər onları şəhərə buraxmamışdırlar. Buna görə Məhəmməd peyğəmbər və onun səhabələri Məkkədən 17 km aralıqda yerləşən Hüdeybiyyə adlanan yerə getmişdirlər. Oradan onlar məqsədlərini açıqlamaq üçün Osman ibn Əffanı qureyşlilərin yanına göndərmişdirlər. Osman Məkkəyə gəlib şəhərin başçıları ilə görüşmüş, müsəlmanların onlarla savaşmaq üçün deyil, yalnız Kəbəni ziyarət etmək üçün gəldiklərini bildirmişdir. Ancaq məkkəlilər müsəlmanların şəhərə girməsinə yol verməmişdirlər. Osman özündən asılı olmayan səbəblər üzündən geriyə gec qayıtdığına görə müsəlmanlar arasında onun öldürüldüyü xəbəri yayılmışdır. Onlar Məhəmməd peyğəmbərin yanına gəlib bütpərəstlərlə vuruşmağa hazır olduqlarını bildirmişdirlər. Elə oradaca müsəlmanlar ona beyət etmişdirlər. Bunu eşidən Məkkə bütpərəstləri müsəlmanlarla ixtilafa girməmək üçün Hüdeybiyyədə onlarla sülh anlaşmasını bağlamalı oldular. Sonra isə Osman geriyə qayıtmışdır. Osman ibn Əffan zəngin bir şəxs olmuşdur. O, hələ Məkkə dövründə müsəlmanlara maddi yardım göstərirdi. Bu işi Mədinədə də davam etdirmişdir. Məsələn, Təbuk yürüşündə müsəlman qoşununun xərclərinin böyük bir hissəsini o öz öhdəsinə götürmüşdür. Əbu Bəkr və Ömərin xilafəti zamanı onları dəstəkləmiş, onlara yardımçı olmuşdur. 23/644-cü ildə Ömərə sui-qəsd edildikdən sonra ağır yaralanmış xəlifə, Məhəmməd peyğəmbərin səhabələrindən ibarət olan bir heyətin yaradılmasına və onların arasından bir nəfərin yeni xəlifə seçilməsi əmrini vermişdir. Osman ibn Əffan da o heyətin tərkibində olmuş və üçüncü Raşidi xəlifəsi seçilmişdir. Xəlifə olduqdan sonra Osman ilk iki xəlifələrin siyasətini davam etdirmişdir. Onun hakimiyyəti dövründə Quran yenidən işlənilmiş və nüsxələri çoxaldılıb bütün ölkəyə yayılmışdır. Xəlifə Osmanın xilafəti dövründə xarici düşmənlərə qarşı uğurlu savaşlar aparılmış, müsəlmanlar yeni əraziləri ələ keçirə bilmişdirlər. Şimali Afrikanın, Suriyanın fəthi davam etmiş, Kipr adası ələ keçirilmişdir. Bizans imperiyası ağır məğlubiyyətlərlə üzləşmişdir. Asiyada da müsəlman orduları uğurlar əldə edirdilər. O zaman İran imperatorluğu tamamilə darmadağın edilmiş, Xilafətin tərkibinə qatılmışdır. Ancaq xəlifə Osmanın hakimiyyətinin sonlarına yaxın dövrlərdə Xilafətin içində siyasi durum gərginləşmişdir. Müxtəlif yerlərdə xəlifənin siyasətinə qarşı etirazlar baş qaldırmışdır. Onlar Osman tərəfindən təyin edilmiş və onun qohumları olan vilayət valilərinin özbaşınalığına etiraz etmişdirlər. 35/656-cı ildə Misirdən, Kufədən, Bəsrədən olan etirazçılar ziyarət səbəbi ilə Hicaza gəlmişdirlər. Onlar Mədinəyə daxil olaraq xəlifə Osman qarşısında tələblər qoymuşdurlar. Ancaq xəlifə onları yerinə yetirməmişdir. Bundan sonra üsyançılar 82 yaşlı Osmanın evini bir müddət müasirdə saxladıqdan sonra ora daxil olmuş və onu qətl etmişdirlər. Bundan sonra Xilafətdəki siyasi durum gərginləşmiş və beləliklə, qarşıdurma yaşanmışdır.
OSMAN İBN ƏFFAN
OSMANLILAR
OBASTAN VİKİ
Osman ibn Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman bin Əffan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Məhəmməd ibn Osman
Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Məhəmməd ibn Osman da atası kimi şiə böyüklərindən olmuş, təqva, ədalət, ehtiram baxımından bütün şiələrin onu qəbul edib hörmət etdiyi və İmam Əskərinin (ə) etibar etdiyi yaxın dostlarından olmuşdur. İmam Əskəri (ə) Əhməd ibn İshaqın "Kimə müraciət edək?" sualının cavabında buyurmuşdu: "Osman ibn Səid və oğlu Məhəmməd hər ikisi mənim etibar etdiyim şəxslərdir. Sənə nə çatdırsalar, bil ki, mənim tərəfimdən çatdırır, nə desələr, bil ki, mənim tərəfimdən deyirlər. Onların sözünə qulaq as və onlardan itaət et! Çünki onların ikisinə də mən etibar edirəm." Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi (ə) tərəfindən ona başsağlığı verilərək özünün də, nümayəndə təyin olunması haqqında bir məktub yetişir. Abdullah ibn Cəfər Himyəri deyir: "Osman ibn Səid vəfat etdikdən sonra İmam Məhdi əleyhissəlamdan əvvəllər bizimlə məktublaşdığı xətlə yazılmış bir məktub gəlir. Məktubda Məhəmməd ibn Osman atasının yerinə naib təyin edilmişdi." Həmçinin, İmam Məhdi (ə) İshaq ibn Yəqubun suallarına cavab verdiyi məktubda belə yazmışdı: "Allah Məhəmməd ibn Osman və vəfat etmiş atasından razı olsun. O, mənim inandığım bir şəxsdir və onun yazdığı mənim yazdığımdır." Məhəmməd ibn Osman fiqh (müsəlman hüquqları) elmi sahəsində bir neçə əsər yazmış, o vəfat etdikdən sonra isə həmin əsərlər İmamın üçüncü naibi Hüseyn ibn Ruha (ya da dördüncü naib Əbülhəsən Səməriyə) çatmışdır. Məhəmməd ibn Osman təxminən qırx il İmam Məhdinin (ə) nümayəndəsi olmuş, bu müddət ərzində müxtəlif məntəqələr üzrə təyin olunmuş nümayəndələrə başçılıq etmiş, onların işlərinə nəzarət etmiş və şiələrin işini səliqə-səhmana salmışdır.
Osman ibn Mazun
Osman ibn Mazun (Məkkə – 624 və ya 625, Mədinə, ərəb. عثمان بن مظعون‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biridir. İslamı qəbul edən on üçüncü şəxs, ikinci saleh xəlifə Ömər ibn Xəttabın qaynıdır. Onun tam adı Əbu əl-Saib Osman ibn Məzun ibn Həbib ibn Vəhb ibn Həzafa ibn Cümədir (ərəb. أبو السائب عثمان بن مظعون بن حبيب بن وهب بن حذافة بن جمح‎). O, Qureyş qəbiləsinin Bənu Cümə qəbiləsindən olmuşdur. O, Həvlə binti Həkimlə evlənmişdir. İbn İshaqın dediyinə görə, o, Məkkəli müşriklərin zülmündən yayınmaq üçün Efiopiyaya hicrət edən bir qrup müsəlmana başçılıq etmişdir. Məhəmməd peyğəmbərin Qüreyşlə barışması barədə yalan xəbərdən sonra o, Məkkəyə qayıdır və əmisi Vəlid ibn əl-Muqirənin himayəsində qalır. Osman ibn Məzun 624-cü ildə Mədinədə vəfat etmişdir.
Osman ibn Əfvan
Osman ibn Əffan (ərəb. عثمان بن عفان الأموي القرشي‎; 574, Məkkə – 656, Mədinə) — 644–656-cı illərdə üçüncü Rəşidi xəlifəsi. Fil hadisəsindən 6 il sonra Taifdə dünyaya gəldi. Qureyşin ən varlı tacirlərindən olan atası Əfvan cahiliyyət dövründə dünyasını dəyişdi. Anası Ərva binti Qüreyz Rəsulallahın bibisi Ümmü Hakim Bəyza binti Əbdülmüttəlibin qızıdır. Mənsub olduğu Əməvi (Üməyyə) qəbiləsinin soyu Əbdümənaf ibn Quseydə Həzrəti Peyğəmbərin nəsəbilə birləşir. Rəsuli-Əkrəmdən altı yaş kiçikdir. Gənclik dövründə atasının yanında ticarətlə məşğul olan Osman, İslamdan əvvəl Məkkənin önəmli tacirlərindən biri idi. İslami dəvətin ilk mərhələsində Əbu Bəkrin vasitəsilə Rəsulallahın yanına gedərək müsəlman oldu və ilk on müsəlman arasında yer aldı. Əşrafdan olması səbəbilə İslamı qəbul etməsi Qureyş qəbiləsi içində əks-səda doğurdu.
Osman ibn Əli
Osman ibn Əli (ərəb. عثمان بن علی‎) — Əli ibn Əbu Talib və Ümmül-Banunun oğlu olmuşdur. O, şəhid olduğu Kərbəla döyüşündə vuruşmuşdur. Osman fədakarlığına görə müsəlmanlar tərəfindən böyük hörmətlə qarşılanır. Bəzi mənbələrə görə Osman şəhid olanda 21 yaşında idi və övladı yox idi. Osman və qardaşları Abbas, Abdullah və Cəfər Hüseyn ibn Əlini Məkkədən Kufəyə səfərində müşayiət etmiş və Kərbəla döyüşündə şəhid olmuşlar. Onların məzarları Hüseyn ibn Əlinin hərəmindəki Kərbəla şəhidlərinin kollektiv məzarının məqbərəsindədir. O, Əli və Fatimə binti Hizamın övladıdır. Osman evlənməmiş və övladı da olmamışdır. Şiə rəvayətinə görə Əli Əbu Talib oğluna Osman ibn Mazun adını vermişdir.
Şəmmas ibn Osman
Şəmmas ibn Osman (591, Məkkə – 625, ərəb. شمّاس بن عثمان‎) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. O, Məkkənin Beni Məhzum qəbiləsindəndir. 591-ci ildə bu şəhərdə anadan olmuşdur. Onun atası qəbiləsinin böyüklərindən olan Osman bin Şəriddir. İslamın ilk illərində müsəlman olmuşdur. İkinci Həbəş köçündə iştirak edir. Oradan Məkkəyə qayıtsa da, Məkkədə davam edən zülmə görə bu dəfə Mədinəyə hicrət edir. O, Bədrdən sonra Uhud döyüşündə iştirak etmiş və bu döyüşdə həlak olmuşdur. Bu döyüşdə ordu məkkəlilərin cəbhəsindən geri çəkildikdə geri çəkilməyən və Məhəmmədi qoruyan azsaylı əsgərlərdən biri olmuşdur.
Osman ibn Salman Naxçıvani
Osman ibn Salman Naxçıvani (?-?) — orta əsrlərdə yaşayıb-yaratmış rəssam- nəqqaşdır. Bədii metal ustası kimi incə naxışlı zərif mis qablar hazırlamaqla tanınmışdır. Ona məxsus nəfis Naxçıvan bürünc dolçası Beyləqandan tapılmışdır. Parisin məşhur Luvr muzeyində mühafizə olunur. Hündürlüyü 22 sm olan orijinal formalı həmin dolça oyma naxışlarla, gümüşlə işlənərək təsvirlərlə bəzədilmiş, üzərində düzəldilmə tarixi (1190) və ustanın adı həkk olunmuşdur və bu maraqlı əl işi bu gündə öz möhtəçəmliyi ilə göz oxşayır.
Osman ibn Səid Əmri
Əbu Əmr Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman ibn Səid Bəni-Əsəd qəbiləsindən olmuş, Samirra şəhərində yaşadığı üçün Əskəri də adlandırılmışdır. Şiələr onu Səmman (yağsatan) deyə çağırırdılar. O, siyasi fəaliyyətinin üzə çıxmaması məqsədilə yağ satmaqla məşğul olur, şiələrin İmama çatdırmaq istədiyi malları onlardan alaraq yağ qablarına qoyub İmam Əskəriyə (ə) çatdırırdı. O, etimadını necə lazımdısa doğrultmuş, şiələrin hamısı ona inanırdı. Qeyd etmək lazımdır ki, Osman ibn Səid elə İmam Əliyyən-Nəqi (ə) və İmam Əskərinin (ə) da, nümayəndə və yaxın dostlarından olmuşdur. Özü şiə başçılarından olan Əhməd ibn İshaq deyir: "Bir gün İmam Əliyyən-Nəqinin (ə) yanına gedib dedim: "Mən bəzi vaxtlar burada olur, bəzi vaxtlar isə olmuram, burada olanda da, həmişə sizin yanınıza gələ bilmirəm. Kimin sözünü qəbul edim, kimə qulaq asım?" İmam buyurdu: "Bu Əbu Əmr (Osman ibn Səid Əmri) inanılmış və etibar etdiyim bir şəxsdir. O, sizə nə desə, bilin ki, mənim tərəfimdən çatdırır." Sonra Əhməd ibn İshaq əlavə edib deyir: "İmam Əliyyən-Nəqinin (ə) vəfatından sonra İmam Əskərinin (ə) yanına gedib həmin sualı təkrar etdim. O da atası kimi buyurdu: "Bu Əbu Əmr məndən əvvəlki İmamın etibar etdiyi, eləcə də, mənim həm həyatımda, həm də öldükdən sonra inandığım bir şəxsdir.
Ömər ibn Osman Kafiəddin
Ömər ibn Osman Kafiəddin (1080, Şamaxı – 1150, Şamaxı) – mənşəcə Azərbaycan türklərindən olan məşhur təbib-alim. Şamaxıda Sağlamlıq evi yaradaraq orada fəaliyyət göstərmiş, oradan şöhrəti bütün Şərqə yayılmışdır. Ömər Kafiəddinin təqribən 1080-ci ildə Şirvanın paytaxtı Şamaxı şəhərində anadan olduğu ehtimal edilir. O öz dövrünün ən görkəmli şəxsiyyətlərindən idi və onun bir alim kimi şöhrəti Şirvanın hüdudlarından çox-çox uzaqlara yayılmışdı. Kafiəddin yüksək savad sahibi olan bir adam idi, bir neçə dil bilir, fəlsəfə, ilahiyyat, astronomiya, riyaziyyat, təbabət, kimya və farmokologiya elmlərinə vaqif olmuşdu, mədrəsədə dərs deyirdi. Xaqani onun haqqında yazırdı:"Əgər əmim qoymasa, məni heç şeytan da yolumdan azdıra bilməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri altında yüksəkliyə qalxan kimi mən də onun sayəsində ucalmışam. O, riyaziyyatın, fəlsəfənin dərin bilicisidir, demək olar ki, o, öz dövrünün Ərəstunudur." Belə bir rəvayət danışırlar: Ömər Kafiəddin öz müalicə mərkəzinin yaratmazdan qabaq şagirdlərinə tapşırır ki, bir neçə qoyun kəsib, Şamaxı ətrafında heyvan ağzı çatmayan yerlərdən assınlar. Bir həftədən sonra Kafiəddin atla bu yerləri bir-bir gəzir və görür ki, hər yerdə cəmdəklər korlanıb.
Osman
Osman — Şərqdə daha çox işlədilən ərəb mənşəli kişi adı. Osman ibn Əffan — Üçüncü Raşidi xəlifə. Osman Batur — Şərqi Türkistanda fəaliyyət göstərmiş inqilabçı. Osman Durmuş — siyasətçi, həkim. Osman Yağmurdərəli — Türkiyənin məşhur aktyoru və rejissoru, siyasətçi. Osman Zəncani — çilingər və qələmdan ustası Osman ibn Səid Əmri — İmam Mehdinin xüsusi nümayəndəsi. Osman Nuri Topbaş — Osman Vəlizadə — Qafqaz müsəlmanlarının II Müftisi. I Osman — Osmanlı dövlətinin qurucusu və ilk hökmdarı. II Osman — 1618-1622-ci illərdə Osmanlı sultan I Əhmədin oğludur. III Osman — 1754-1757-ci illərdə Osmanlı sultanı.
Əziz Osman ibn Səlahəddin Əyyubi
Əziz Ömər (tam adı: ərəb. الملك العزيز عماد الدين أبو الفتح عثمان بن صلاح الدين يوسف‎; əl-Məlik əl-Əziz İmadəddin Əbülfəth Osman ibn Səlahaddin Əyyubi; 1171, Qahirə – 29 noyabr 1198) — Səlahəddinin ikinci oğlu və Əyyubi sultanı. 1198-ci ildə atdan yıxılaraq vəfat etdi və yerinə oğlu Mənsur Məhəmməd keçdi. == Həyatı == Əyyubi tarixçisi Əbülfida Əziz Osmanın Səlahəddinin ikinci oğlu olduğunu və böyük oğlu Əfdal Əlidən iki yaş kiçik olduğunu yazır. Təxmini 1186-cı ildə Səlahəddin Misirdəki dövlət işlərindən ayrılaraq yaxın qohumları ilə birlikdə Dəməşq və Hələb tərəfə çəkilmişdi. O, burada olarkən qurduğu dövlətin taleyi ilə bağlı mühüm qərarlar verdi və qardaşı Adilə də bunları qəbul etdirdi. Bu qərarlara görə birinci oğlu Əfdal Fələstinin də içərsinə daxil olduğu "Suriya və Şam əmiri", ikinci oğlu Əziz Osman "Misir sultanı", üçüncü oğlu Zahir Qazi isə "Hələb əmiri" olacaqdı. Qardaşlarından Turanşah Yəmən əmiri, Adil isə Əlcəzirə və Diyarbəkir bölgələrinə əmir təyin edildi. Həmçinin İordaniyadakı Kərak və Şüvbək qalaları da Adilə veriləcəkdi. Tarixçi Əbülfidanın yazdığına görə, 12-ci əsrin 80-ci illərində Səlahəddin 14 yaşlı oğlu Əziz Osmanı Misirə vali təyin etdi və gənc Əziz Osman bu vəzifəni əmisi Adillə bölüşdü.
İbn
İbn Firnans
Gənc Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
III Osman
III Osman (Osmanlı türkcəsi:عثمان ثالث — Osman-i sālis) (d. 3 yanvar 1699 — ö. 30 oktyabr 1757) — 25-ci Osmanlı sultanı və 104-cü İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 3 yanvar 1699-cu ildə Ədirnə sarayında dünyaya gəlmişdir. Atası II Mustafa, anası isə Şahsüvar Sultandır. Atasının Ədirnə hadisəsinin (1703) ardından taxtdan endirilməsi ilə qardaşları ilə birlikdə Topqapı sarayına aparıldı və burada Şimşirlik bölümündə yaşamağa başladı. Burada ikən digər şahzadələrlə birlikdə 17 aprel 1705-ci ildə gizlicə sünnət edildi. 1712-ci ilin dekabrında səfərə çıxan Sultan Əhmədin şəxsi heyətiylə birlikdə Ədirnəyə qədər aparıldı. Bundan başqa sultanın digər səyahətlərində də iştirak etdi. Böyük qardaşı I Mahmudun taxta çıxmasının (1 oktyabr 1730) ardından ən böyük şahzadə olaraq vəliəhd edildi.
II Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
I Osman
I Osman Qazi (osm. عثمان بك‎ — Osman Bey,türk. Osman Gazi, Birinci Osman; 1258, Söğüt, Biləcik ili – iyun 1326, Söğüt, Biləcik ili) — Kiçik Asiyada Osmanlı bəyliyinin ilk hökmdarı (1302–1326). Osmanın hakimiyyəti dövründə bəylik müstəqil oldu, Bizansın Kiçik Asiyadakı əraziləri hesabına onun sərhədləri əhəmiyyətli dərəcədə genişləndirildi. Osmanın rəhbərliyi altında əsas idarəetmə orqanları yaradıldı Onun atası Ərtoğrul qazi olaraq da bilinir(bəzi mənbələrə görə). O, Osmanlı İmperatorluğunun qurucusu hesab olunur və XX əsrin əvvəllərinə qədər mövcud olan Osmanlı sülaləsinin qurucusudur. Osmanın qılıncı dövlət təbərrükü, taxta çıxmanın təntənəli atributu və iman mübarizəsinin simvoludur. Türk xalqının əhəmiyyətli bir hissəsi Osmanlı İmperiyasının dağılmasından əvvəl özlərini osmanlılar adlandırdılar. == Mənbələr problemi == Osmana aid həməsr tarixi mənbələrin əskikliyi səbəbindən, onun həyatı haqqında çox az faktiki məlumatlar məlumdur. Onun hakimiyyətinə dair heç bir yazılı sübut yoxdur, çünki demək olar ki, bütün sənədlər sonradan yazılmış saxta sənəd olduqları aşkar edilmişdir.
Osman Durmuş
Osman Durmuş (5 avqust 1947, Çanqırı – 26 oktyabr 2020, Ankara) — Türkiyə siyasətçisi, həkim. 1947-ci ildə Çanqırıda doğulub. Ankara Universitetinin tibb kakültəsini bitirmişdir.
Osman Erbaş
Osman Ərbaş (türk. Osman Erbaş; 20 mart 1962 – 4 mart 2021, Tatvan[d], Bitlis ili) — Türkiyə Silahlı Qüvvələrinin 8-ci Ordu Korpusu komandiri, general-leytenant. Osman Ərbaş 1962-ci ildə Yozqat ilinin Yerkənd ilçəsində anadan olmuşdur. Əslən Yerkəndli idi. İbtidai və orta məktəbi Yozqatda oxudu. Daha sonra Milli Müdafiə Universiteti nəzdində Quru Qoşunları məktəbi ali hərbi təhsil müəssisəsinə daxil oldu. Evli idi. 2007-ci ildə atasını, ölümündən 7 ay öncə isə anasını itirmişdir. Ərbaş hərbi məktəbini bitirdikdən sonra Türkiyənin müxtəlif bölgələrində xidmət etmişdir. Ərbaş 2016-cı ildə General-mayor rütbəsi ilə Adana 6-cı mexanikləşdirilmiş piyada diviziyası komandiri vəzifəsini icra edirdi.
Osman Fərmanoğlu
Osman Fərmanoğlu (Eyyubov Osman Fərman oğlu; d. 9 mart 1958, Gədəbəy rayonu, Qasımağalı) — Azərbaycan şairi, publisist. Osman Fərmanoğlu 9 mart 1958-ci ildə Gədəbəy rayonunun Qasımağalı kəndində doğulmuşdur. 1965-1973-cü illərdə Mutudərə kənd səkkizillik məktəbində, 1973-1975 -ci illərdə İsalı kənd orta məktəbində tam orta təhsil almışdır. 1976-1980-ci illər Lenin adına APİ-nin filologiya fakültəsində təhsil alıb, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla İmişli rayonuna göndərilmiş, 1980-1988-ci illərdə Nurulu və Qaraqaşlı kəndlərində müəllim, 1986-1988-ci illərdə Qaraqaşlı kınd orta məktəbində təlim-tərbiyə üzrə direktor müavini işləmişdir. 1988-ci ildə Bakı şəhərinə köçmüş, Azərbaycan radiosunun "Ədəbi dram verilişləri" redaksiyasının əməkdaşı olmuşdur. 1989-cu ildən indiyə qədər Şüvəlan qəsəbəsində yerləşən 2 N-li internat məktəbində müəllim işləyir. 1994-cü il attestasiyasında "Ali koteqoriyalı dil -ədəbiyyat müəllimi" adı almışdır. Özünə "Fərmanoğlu" ədəbi təxəllüsünü seçmişdir.
Osman Gündüz
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Osman Hacıbəyov
Osman İsmayıl oğlu Hacıbəyov (18 fevral 1924, Şuşa, DQMV – 14 iyun 1979, Bakı) — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1969) Lenin komsomolu mükafatı laueratı (1967), , Osman İsmayıl oğlu Hacıbəyov 18 fevral 1924-cü ildə Şuşa şəhərində ziyalı ailəsində anadan olub. Orta məktəbin yeddinci sinifini Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Teatr Məktəbinə daxil olub. Teatr məktəbində oxuduğu ilk dövrdən başlayaraq Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində oynanılan tamaşaların kütləvi səhnələrində çıxış edib. 1942-ci ildə təhsilini bitirəndə onu təyinatla GTT-yə aktyor göndəriblər. Gənc Tamaşaçılar Teatrının 50 illiyi ilə əlaqədar və milli teatr sənətinin inkişafında xidmətinə görə Osman Hacıbəyova 25 dekabr 1969-cu ildə "Azərbaycan SSR əməkdar artisti" fəxri adı verilib. Peşəkar imkanlarının genişliyindən məharətlə barınan aktyor Osman Hacıbəyov müxtəlif xarakterli, hətta psi-xoloji cəhətdən ziddiyyətli rollarda çıxış edib. Komik rollarda ölçü hissini məharətlə qoruya bilib, oyunundakı güclü komizın və improvizasiya bacarığı onun ifasına əlvanlıq gətirib. Aktyor 1979-cu il iyunun 14-də Bakıda vəfat edib. El oğlu, Ayaz ("El oğlu" və "Ana", Abdulla Şaiq) Əşrəf və Qıdı kirvə ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) Skapen ("Skapenin kələkləri", Jan Batist Molyer), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə) Qəmküsar ("Yarımçıq Şəkü", Adil Babayev) Yaşar ("Yaşar", Cəfər Cabbarlı) Elşən ("Çiçəkii dağ", Məmmədhüseyn Təhmasib) Protey ("İki veronalı", Vilyam Şekspir) İmran, Nəsrəddin ("Anacan" və "Nəsrəddin", Yusif Əzimzadə) Bəxtiyar ("Komsomol poeması", İsgəndər Coşqun) Fərhad ("Bəxtsiz cavan", Əbdürrəhim bəy Haqverdiyev) İsgəndər xan ("Ağa Kərim xan Ərdəbili", Nəcəf bəy Vəzirov) Florindo Aritun ("İki ağanın bir nökəri", Karlo Haoldoni) Şamdan bəy ("Şamdan bəy", Nəriman Nərimanov) İohannes ("Qarlar Kraliçası", Yevgeni Şvarts) Şirinbala ("Şirinbala bal yığır", Salam Qədirzadə) Tarverdi ("Xırs quldurbasan", Mirzə Fətəli Axundzadə) Tibalt ("Romeo və Cülyetta", Vilyam Şekspir) Süleyman ("Ötən ilin son gecəsi", Anar) Polkovnik Ferrari ("Ovod", Etil Voyniç) Keykavus ("Söhrab və Rüstəm", İsgəndər Coşqun) Müküş ("Mənin nəğməkar bibim", Əkrəm Əylisli) O olmasın, bu olsun (film, 1956) "OSMAN HACIBƏYOV". https://www.kino-teatr.ru.
Osman Həbibullayev
Osman Həbibulla oğlu Həbibullayev (28 sentyabr 1913, Bağçasaray, Tavriya quberniyası[d] – 9 sentyabr 1970) — Azərbaycan arxeoloqu. Osman Həbibulla oğlu Həbibullayev 28 sentyabr 1913-cü ildə Krım vilayətinin Bağçasaray şəhərində doğulmuşdu. Atası kənddə müəllimlik etmiş, ailəsini dolandırmışdı. Osman körpə ikən valideynlərini itirmiş və uşaq evinə verilmişdi. O, ibtidai təhsilini uşaq evində almışdı. Burada da mütaliəni sevmiş, ömrünün axırınadək kitabları özünə ən yaxın sirdaş bilmişdi. Bağçasarayın əfsanələrlə dolu sirli aləminə də onu ilk dəfə aparan kitablar olmuşdu. Boş vaxtlarında o, həmişə Bağçasarayın qədim xarabalıqlarına tələsmiş, burada dalğın-dalğın gəzərək həyatın keşməkeşli, enişli-yoxuşlu yolunu düşünmüşdü. O, bu xarabalıqlarda böyük Puşkinin bədii təxəyyülündən doğan zəhmli Gireyxanın məhəbbət alovu içərisində çəkdiyi iztirablarının, gözəl Zaremanın qısqanclıq əzablarının, məsum Mariyanın vətən həsrətinin fikrən şahidi olmuşdu. Bağçasarayda ibtidai təhsilini başa vurduqdan sonra, o, Simferopolda yaşayan, uzaq qohumlarının yanına getmiş və orada orta məktəbi qurtarmışdı.
Osman Kuvatov
Osman Mühəmmədəli oğlu - Başqırd milli hərəkatının xadimi. Osman Mühəmmədəli oğlu 1897-ci ildə Orenburq quberniyasının Orsk rayonunun Ziyançurino kəndində anadan olub. 1917-ci ilin iyulunda Orenburqda başqırd qurultayında iştirak etdi. Başqırd mərkəzi icraiyyə komitəsinin üzvü seçilmişdir. 1919-cu ilin 20 iyunundan — Başqırd hərbi-inqilabçı komitəsinin torpaq bölməsinin Kollegiyasının üzvü olub. Almaniyada emiqrasiyada olub. Sonra Bakı tibbi institutunda dərs deyib. 1956-cı ildə, Azərbaycan SSR, Bakı şəhərində vəfat edib. Atası: Kuvatov, Mühəmmədqalim Əbdülqani oğlu — maarifçi. Qardaşı: Kuvatov, Qumer Qalim oğlu — Başqırd milli hərəkatının aktiv iştirakçısı, BMSSR (1919 — 1928), ictimai və dövlət xadimi, cərrah.
Osman Manafov

Digər lüğətlərdə